Tərcüməşünaslıq (2)
Tərcüməyə diaxronik baxış nöqtəsi
OBASTAN VİKİ
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
Dil Dil Pakistan (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan Vital Signs 1-ə daxil idi. == Qəbulu == Dil Dil Pakistan Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Hüseyn Vahidi
Hüseyn Vahidi — yazıçı, jurnalist, tərcüməçi. O, əsərlərini Azərbaycan və Fars dillərində yazır. Vahidi, d. 29 oktyabr 1981 ilində İranın Urmiya şəhərində dünyaya gəlibdir. == Həyatı və fəaliyyətləri == Urmiya şəhərində boya başa çataraq təhsilatını bitiribdir. Ana dilinə maraqlı olaraq özü kitablar yardımı ilə Azərbaycan Türkcəsini öyrənib. Hekayələri, məqalələri və şəkilləri, İran Azərbaycanını müxtəlif qəzetə, dərgi və başqa qəzetələrində çap olub. Onlardan ,, Aftab-i Azərbaycan, Şəhamət, Ağrı, Nəvid-i Azərbaycan, Həmşəhri, Bayram, Gülşən-i raz …,, ad çəkmək olar. İndilikdə, Hüseyn Vahidi, Urmiyada "Mahnı" adlı dərgisinin və Açıq yol iki hətəliyin redaktorudur. == Əsərləri == Sevgi yolçuları (سئوگی یولچولاری) (Azərbaycanca) Yabançı(یابانچی), (Alber Kamyunun Yad romanının Yabançı adı ilə tərcüməsi) (Azərbaycanca) Bəyaz gecələr (بیاض گئجه لر), Fyodor Dostoyevskinin əsərini Kiril qrafikasından Ərəb qrafikasına hazırlaması.
Pul vahidi
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi.Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər. Hüquqi şəxslər olan rezidentlər AR Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edimədikdə əldə etdikləri xarici valyutanı məçburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər.
Ölçü vahidi
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Edam edilmiş İntibah
Edam edilmiş İntibah (ukr. Розстріляне відродження, Rozstrilyane vidrodjennya) ifadəsi 1920-1930-cu illərdə Ukrayna Sovet Sosialist Respublikasında yaşayıb-yaratmış və Stalinin totalitar rejimi tərəfindən edam və ya repressiya edilmiş yazıçı və rəssamlar dövrünü təsvir etmək üçün istifadə olunur. Termin ilk dəfə polyak publisist Eji Qedroys ukraynalı ədəbiyyat tədiqatçısı, sonralar bu termini o dövrki nəslin ən möhtəşəm əsərlərinin toplusuna başlıq olaraq seçən Yuri Lavrinenkoya yazdığı məktubda istifadə etmişdir. == Arxa planı == Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının süquta doğru getməsi, imperiya senzurasının ləğv edilməsi, müstəqil Ukrayna dövlətinin qurulması və 1920-ci illərdə Sovet rejiminin nisbi yumşaqlığı, bunlar hamısı Ukraynada mədəni aktivliyin və ədəbiyyat intibahının çiçəklənməsinə səbəb oldu. Yeni ortaya çıxan şair və yazıçılar və çox sayıda peyda olan ədəbi qruplar Ukrayna ədəbiyyatının simasını dəyişmişdi. Bu prosesslər yerliləşdirmə, Yeni İqtisadi Siyasət və likbez tərəfindən dəstəklənirdi. == Ad == “Edam edilmiş İntibah” bənzətməsi Eji Qedroysa məxsusdur. O, ilk dəfə bu ifadəni Yuri Lavrinenkoya 13 avqust 1958-də yazdığı məktubda istifadə etmişdir. O, bu ifadəni 1917-1933-cü illər Ukrayna ədəbiyyatı antologiyası başlığı kimi qeyd etmişdir: "Ad haqqında. Buna daha ümumi ad vermək yaxşı olar: "Edam edilmiş İntibah.
Vəd edilmiş torpaqlar
Vəd edilmiş torpaqlar (ivr: הארץ המובטחת‎, rom:ha-Aretz ha-Muvtachat), Yəhudiliyə görə Yehova tərəfindən İsrail övladlarına vəd edilən torpaq. Tam sərhədləri məlum olmamaqla birlikdə, bu gün İsrail torpaqlarını formalaşdıran regionun vəd edilmiş torpaqlar olduğu inancı geniş şəkildə yayılmışdır. Tövratın Təkvin kitabının XV Babında isə belə yazır: O gündə Rəbb, İbrahim ilə əhd edib dedi: Misir çayından böyük çaya, Fərat çayına qədər bu məmləkəti, Keniləri və Kenizziləri və Kadmoniləri və Hetləri və Perizziləri və Refaları və Amoriləri və Kənanlıları və Girgaşiləri və Yəbusiləri sənin zürriyətinə (soyuna) verdim.Bu tərifə görə isə Fərat çayından Nil çayına kimi geniş region İsrail övladlarına vəd edilmişdir. Bununla yanaşı sərhədlərinin tam olaraq müəyyənləşdirilməmiş olmasına görə bu tərif də olduqca mübahisəlidir.
Aqqlütinativ dil
Aqlütinativ dillər – Söz formaları aqlütinasiya yolu ilə düzələn dilllər. Türk, Fin-Uqor dilləri belə dillərdən hesab olunur. Bu dillər üçün şəkilçilərlə sözdüzəltmə və sözdəyişmə sistemli xarakter daşıyır, vahid təsriflənmə və hallanma xüsusiyyəti olmaqla şəkilçilərin eyni funksiyalılığı mövcuddur. F.Şlegel (1772-1829) dilləri flektiv dillər və aqlütinativ dillər (affiksli) olmaqla iki yerə bölürdü. Sonradan onun qardaşı A.Şlegel (1767-1845) bu bölgünün yetərli olmadığını başa düşərək o bölgüyə birini də əlavə edib: amorf dillər. Aqlütinativ dillərə aqlütinativləşən, iltisaqi, şəkilçili, şəkilçiləşən dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik, yəni sözdüzəltmə (derivasiya) və qrammatik, yəni sözdəyişmə (relyasiya) əlaqələr, ilk növbədə, şəkilçi morfemlər vasitəsilə realizə olunur. Aqlütinativ dillərin səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur. Təsadüfi deyildir ki, A.Şleyxer aqqlütinativ dilləri bitkilərlə müqayisə etmişdir. Doğrudan da həmin dillərdə kök sanki ağacın gövdəsi, şəkilçilər isə onun şaxələri və ya budaqları kimi mövcud olur.
Aralıq dil
Aralıq dil (Intermediate language) – insanın proqramı yazdığı ilkin dil (adətən, yüksək səviyyəli dil) və amac dil (adətən, maşın kodu) arasında aralıq addım kimi istifadə olunan proqramlaşdırma dili. Yüksək səviyyəli kompilyatorların bir çoxu assembler dilini aralıq dil kimi istifadə edir. Aralıq dil yeni proqramlaşdırma dillərinin yaradılması müddətini əhəmiyyətli dərəcədə qısaldır və müxtəlif prosessorlar üçün eyni bir kompilyatorlardan istifadəyə imkan verir. Aralıq dil P-CODE, PSEUDOCODE, PSEUDO LANGUAGE, yaxud BYTECODE da adlandırıla bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Beynəlxalq dil
Beynəlxalq dil — bütün dünya üzrə əhəmiyyətli dərəcədə çox sayda insanlar arasında istifadə edilən dil. == Xarici keçidlər == Beynəlxalq dil — Facebook səhifəsi English 'world language' forecast (BBC, December 2004) World Language Maps 1903 article - Are We To Have An International Language?
Bədii dil
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi. Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir.
Dil (anatomiya)
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
Dil (coğrafiya)
Dil (coğrafiya) — bir tərəfdən sahilə bağlılığı olan, digər hissəsi isə suyun daxilinə doğru uzanan coğrafi obyekt. Eni 10 metrdən başlamış bir neçə km-ə qədər ola bilir. == Yaranması və strukturu == Dillər əsasən Qum, Çınqıl, Qənbər, balıqqulağının dəniz dalğa və ya axınları nəticəsində qarışmasından meydana gəlir. Dillər bəzən iki axının bir-birinə əks istiqamətdə hərəkət etdiyi ərazilərdə belə yarana bilir. Bu zaman açıq dənizdə sahilə perepentululyar olaraq dillər əmələ gəlir. == Həmçinin bax == Sədd adalar == Ədəbiyyat == Sahillər / P. А. Kaplin, О. K. Leontev, S.А, Lukyanova, L. Q. Nikifirovo. М., Fikir, 1991, 479 с. ISBN 5-244-00449-2.
Dil (dəqiqləşdirmə)
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə ( yazılış ) qaydaları daşıyan şərti sistem. Dil — ağız boşluğunda qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqan.
Dil ailələri
Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən törədiyi qəbul edilir. Çox dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur. Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəblə, alt hissələrinə də dil qolları deyilir. Bəzi dillər, heç bir ola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn Yunanca, Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir. Köklərinə görə təməl dil ailələri bunlardır: == Hind-Avropa dilləri == === Avropa qolu === German qrupu: ingilis, alman, holland, afrikaans, isveç, norveç, dan, island, idiş.
Dil fəlsəfəsi
Dil insanın fəaliyyəti prosesində idraki və kommunikativ funksiyaları yerinə yetirərək istənilən fiziki təbiətli işarəs sistemidir. Dil ümumi olaraq iki müxtəlif aspektdə götürülə bilər. Süni dil və təbii dil.Dil haqqında ikinci siqnal sisteminin özünü büruzə verməsi kimi təsəvvür formalaşdıran alim, rus alimi və təbiətşünası Pavlov olmuşdur. Müasir nepozitivizst fəlsəfədə dil fəlsəfəsinə ümumiyyətlə geniş yer ayırılır. Məşhur fransız alimi və dil fəlsəfəsi üzrə tədqiqatçı alim Sösör bu barədə böyük araşdırmaları və yeni nəzəriyyənin banisi hesab edilir.
Dil kodları
Dil Kodları - qısa əlifba və ya rəqəm kodlar, hansılarki dillərin məlumat emalında və rabitədə təqdim olunması üçün nəzərdə tutulublar. Bu növdə çox sistemxnxx var, onlardan ən tanınmışı "İSO-639" sistemidir.
Dil məkanı
Dil məkanı, sprachraum (ing. spraaʊm) - bir dilin, müxtəlif dialektləri ilə birlikdə əhatə etdiyi coğrafi məkan. == Ümumi məlumat == Bir sıra dil məkanlarının milli sərhədləri yoxdur. Məsələn, Cənubi Amerika ispan dil məkanının aeralıdır, ancaq ərazicə kiçik İsveçrə dörd dil məkanının kəsişdiyi yerdə yerləşir. Dil məkanı bəzən ayrı-ayrı qitələrdə yerləşir. Dörd iri Qərb dil məkanına ingilis, ispan, portuqal və fransız dilləri daxildir. İngilis dil məkanı bütün dünyanı əhatə edir, o bir çox keçmiş müstəmləkələrində rəsmi dil statusuna malikdir. Fransız dil məkanı frankofoniya adlanır. Portuqal sprachraumu özündə sərhədləri ümumi olmayan ölkələri birləşdirir. Lusosphere və ya Lusophony özündə təkcə portuqal dilli ölkələri deyil, həmçinin portuqal dilli diasporanı da birləşdirir.
Dil prosessoru
Dil prosessoru (ing. language processor) – spesifik dildə yazılmış komandaları mənimsəmək və onları maşın koduna çevirmək üçün hazırlanmış qurğu və ya proqram. Əgər komandalar translyasiya olunduqca bir-birinin ardınca yerinə yetirilirsə, onda verilmiş dil prosessoru interpretasiya tiplidir, yox əgər proqram bütövlükdə translyasiya olunub, sonra yerinə yetirilirsə, belə dil prosessoru translyatordur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dil testi
Dilbilmə səviyyəsinin qiymətləndirilməsi və ya dil testi - tətbiqi dilçiliyin bir bölməsi olub,təhsil alan zaman, işə qəbul zamanı, vətəndaşlıq alarkən və s. də ana dilinə və ya xarici dilə hansı səviyyədə hakim olduğunun müəyyən edilməsi ilə məşğul olur. Testləşməyə mətni və şifahi nitqi başa düşmə bacarığı, danışıq və mətn yazma vərdişi, həmçinin, mədəni elementlər bilikləri kimi mövzular daxildir. Bəzi testlər özündə dilin nəzəri biliklərini(passiv), bəziləri isə məhz dilbilməni(aktiv)cəmləşdirir. == Təşkilatlar == Danışıq səviyyəsini qiymətləndirməklə işverənlərlə yanaşı tədris müəssisələri, həmçinin, TOEFL, IELTS, SAT və s. kimi xüsusi təşkilatlar da məşğul olurlar.
Dil təmizliyi
Dil təmizliyi — ədəbiyyat dilində başqa dillərdən alınma sözlərin milli sözlərlə əvəz edilmə prosesi. Dil təmizliyi və ya linqvistik purizm (lat. purus “saf”) - ədəbi dili toxunulmaz saxlamaq, xarici sözlərdən təmizləmə cəhdi, ümumiyyətlə, dili yeni sözlərdən – neologizmlərdən, təhriflərdən və s. dən təmizləmə cəhdində ifrata varma kimi başa düşülür. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir. Kənar elementlərin təsiri dildə nə qədər güclü olsa da, daxili imkanlar həmişə aparıcı xarakter daşıyır. Dilin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. Bir purist qrammatik səhvlər, jarqon, neologizmlər və xarici mənşəli sözlər daxil olmaqla, bir dildə olan bəzi arzuolunmaz xüsusiyyətləri aradan qaldırmaq arzusunu ifadə edən kimsədir. Dilçilik nöqteyi-nəzərindən dil təmizliyi, nitqin təmizliyi müasir ədəbi dilin normalarını bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.
Genişlənəbilən dil
Genişlənəbilən dil – sintaksisinin və semantikasının genışlənməsinə və ya dəyişdirilməsinə imkan verən kompüter dili. Sözün ən geniş anlamında dillərin əksəriyyəti genişlənəbiləndir (prosedurların və funksiyaların daxiledilməsi imkanları nəzərdə tutulur), ancaq dəqiq anlamda bu termini yalnız geniş yayılmış dillərin bir neçəsinə (məsələn, Forth dilinə) aid etmək olar ki, onlar proqramçıya dilin özünü dəyişərək, yeni variantını yaratmağa imkan verir.
Go (dil)
Go (proqramlaşdırma dili) — Google tərəfindən Robert Qreysmer, Rob Paykike və Ken Tombson tərəfindən tərtib edilmiş proqramlaşdırma dili. Go, C-yə sintaktik olaraq bənzəyir, ancaq yaddaş təhlükəsizliyi, zibil yığılması, struktur yazması ilə CSP ilə uyğunluq daşıyır. Veb-saytı olan golang.org səbəbiylə tez-tez "Golang" olaraq adlandırılır, lakin orijinal adı Go-dur. İki əsas tətbiqi var: Bir çox əməliyyat sistemlərini, mobil cihazları, və WebAssembly-i hədəf alan Google-un özünün hostingkompilyator alət dəsti GccGo Üçüncü tərəf bir tərcüməçi Gopher. JS veb inkişaf üçün önə gedən JavaScript üçün tərtib edir.
Kürdcə dil
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır.Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir. Sorani ərəb dili ilə yanaşı, İraqın iki rəsmi dilindən biridir və siyasi sənədlərdə sadəcə olaraq "kürdcə" kimi xatırlanır.
Müqəddəs dil
Müqəddəs dil — başqa dildə danışan insanların dini məqsədlər üçün istifadə etdikləri dil. Dilin işləkliyi, ancaq dini kitab və mətnlərin oxunması, öyrənilməsi və dinin ardıcılları üçün bəzi ritual və duaların o dildə istifadəsinin mövcudluğu ilə məhdudlaşır. Bu gün bu dillərin bir çoxu ölü dil halına gəlib. Avesta dili — Müqəddəs dil kimi zərdüştilər işlədirdilər. Avesta bu qədim dildə yazılmışdır. Bu dil iki min il bundan əvvəl tərk edilmişdir. Klassik Ərəb dili (VII əsr) — Müsəlmanlar üçün. Quranın mətni və hədislər orijinalda bu dildədir. Bəzən müsəlmanlar duaları da bu dildə əzbərləyib istifadə edirlər. İbrani dili — yəhudilər üçün olan və xristianların da müqəddəs hesab etdiyi Əhdi-ətiq və başqa yəhudi dini qaynaqların dili.